Web proqramlaşdırma nədir
Web proqramlaşdırma Web saytların hazırlanmasıdır; Web saytın dizaynı, sürətli işləməsi üçün arxa planda baş verən işdir.Web proqramçılar bu işi müxtəlif kodlaşdırma dillərindən istifadə etməklə edirlər.Web proqramlaşdırma prosesinə Web dizayn, məzmunun inkişafı, müştəri / server tərəfi, şəbəkə təhlükəsizliyi konfiqurasiyası və.s daxildir.
Web proqramlaşdırma dünyada yüksək tələbata malikdir. Asan əldə edilə bilən yüksək maaşlı sahələrdən biridir, çünki ixtisaslı olmaq üçün universitet oxumağa ehtiyacınız yoxdur. Web proqramlaşdırma sahəsi ümumiyyətlə front end (istifadəçi tərəfi) və back end (server tərəfi) sahələrinə bölünür.
Front End Development - HTML, CSS və JavaScript istifadə edilərək veb saytın dizayn edilməsidir. Veb saytın vizual hissəsi, menyular və.s kimi gördüyünüz və istifadə etdiyiniz şeyləri Front End Proqramçılar edir. Front End Proqramçılar veb saytın görünüşü və istifadəçi interfeysi üzərində işləyirlər və buna görə yuxarıda sadalanan proqramlaşdırma dillərinə əlavə olaraq PhotoShop, Sketch və ya Figma kimi dizayn vasitələrindən istifadə etməklə bəzi bacarıqlara sahib olmalıdırlar. Front End Proqramçılar ancaq statik saytlar yarada bilər
Back End Development - arxa planda baş verənləri inkişaf etdirən şəxsdir. Bura məlumatların saxlanıldığı yerdir. Back End Developer, serverin, tətbiqetmənin və verilənlər bazasının birlikdə işləməsini təmin etmək üçün proqramlaşdırma dillərindən istifadə edir. Bütün bu işləri görmək üçün PHP, Ruby, Python və Java kimi bir sıra server tərəfi dillərindən istifadə edirlər. Back End Proqramçılar tez-tez kodlarda düzəliş edir, istifadəçinin veb saytı ilə necə əlaqədə olacağı sistemlərini dizayn edir.
Web proqramlaşdırma Paketinə aşağdakı proqramlar daxildir:
Resent API
My SQL
HTML
PHP