Smeta mühəndisliyi

Təlim müddəti: 2 ay Təlim müddəti: 1ay (təkmilləşdirmə) Təlim formatı: Əyani və ya onlayn (şirkətin seçiminə uyğun) Dərs tezliyi: Həftədə 2 dəfə, hər biri 1.5 saat (cəmi 24+8 saat) Təlimin məqsədi: Tikinti layihələrinin iqtisadi əsaslandırılmasında iştirak edən mühəndislər üçün tikinti dəyərinin düzgün hesablanması, smeta sənədlərinin tərtibi, norma və qaydalar üzrə qiymətqoyma prinsipləri, resurs və obyekt səviyyəsində smeta tərtibatı bacarığını formalaşdırmaq. Həmçinin layihə qabağı mərhələlərdə smeta mühəndisinin rolunu praktiki nümunələrlə izah etmək. Təlim Proqramı: 1. Tikinti dəyərinin təyin olunmasi prinsipləri Layihələrin (memarlıq və konstruktiv) oxunması, norma və qaydalara əsasən iş həcmlərinin çıxarılması; Resusr metodu ilə smetalarin ilkin (qiyabı) tərtib edilmə qaydaları və metodları; Cari (bazar) qiymətləri ilə smetaların tərtibi; Tikinti materiallarının normalara uyğun hesablanması və təsnifləndirilməsi; 2. Smeta normaları Norma və normativ sənədlərin (GOST, SNIP, AR normativləri) icmalı Resurs normativləri: işçi qüvvəsi, material və mexanizmlər üzrə Qiymətqoyma üsulları (baza qiymət, cari qiymət, indeksləşmə) Dövlət sifarişləri və kommersiya layihələrində fərqli yanaşmalar 3. Lokal resurs smeta hesablamaları Lokal smeta sənədinin strukturu və elementləri Excel və ya smeta proqram təminatlarında hesablama nümunələri 4. Obyekt smetalarının hesablanması Bir neçə lokal smetanın birləşdirilməsi Texnoloji ardıcıllıq və obyektə görə xərc bölgüsü Obyekt smetasının tərtibi, yoxlanılması və təsdiq prosesi 5. Tikinti dəyərinin yekun (toplu) smeta hesablamaları Toplu smetanın forması və məzmunu Bütün smeta sənədlərinin inteqrasiyası Müvəqqəti bina və qurğular, sair xərclər, , müəllif nəzarəti və ekspertiza xərcləri 6. Layihə qabağı işləmələrdə smetanın rolu Texniki-iqtisadi əsaslandırma (TİƏ) mərhələsində smeta işləməsi 7. Praktiki çalışmalar və yekun layihə Real layihə nümunələri əsasında smeta tərtibi Lokal və obyekt smetasının hazırlanması Təlim iştirakçılarının fərdi mini smeta layihəsi və təqdimatı. Təlimin nəticələri: Təlimin sonunda iştirakçılar: Tikinti dəyərinin hesablanma metodikasını tam mənimsəyəcək; Cari (bazar) smeta və obyekt smetalarını müstəqil şəkildə tərtib edə biləcək; Resurs normativlərinə əsasən qiymət hesablamaları aparacaq; Toplu smeta sənədlərini hazırlayıb təqdim edə biləcək; Layihə qabağı mərhələdə smeta mühəndisinin funksiyalarını icra edə biləcək. Sertifikat: Təlimi uğurla tamamlayan iştirakçılara rəsmi Sertifikat təqdim ediləcək. Kursun qrupla aylığı Endrimlə 300 AZN

Tədris proqramları